• Bakı 25° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

CƏMİYYƏT

01 Avqust 2026 | 19:37

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçay rayonunda Şirvan kanalının yarılması nəticəsində baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bakıvaxtı.az “report.az”a istinadla xəbər verir ki, bu barədə Göyçay Şirvan Suvarma İstismarı İdarəsindən bildirilib.

Qurumdan verilən məlumata əsasən, Yuxarı Şirvan kanalının həmin hissəsində suyun səviyyəsi azaldılıb, bənd möhkəmləndirilib və su axınının qarşısı alınıb.

Bildirilib ki, hazırda kanalın sahilində son bərkitmə işləri aparılır.

Xatırladaq ki, hadisə ötən gün kanalın rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026