• Bakı 26° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

ABŞ nikotin məhsulları ilə bağlı yeni qərar qəbul etdi

DÜNYA

03 Iyul 2026 | 12:17

ABŞ nikotin məhsulları ilə bağlı yeni qərar qəbul etdi

ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) genişmiqyaslı elmi araşdırmanın nəticələrinə əsasən, nikotin kisəciklərinin (pouch) 20 növünə "Modifikasiya edilmiş riskli tütün məhsulu" (MRTP) statusu verib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, sözügedən məhsullar 2025-ci ilin yanvar ayından etibarən ABŞ bazarında satışa çıxarılıb.

Bildirilib ki, MRTP statusu yalnız konkret məhsullara şamil edilir və nikotin kisəciklərinin bütün kateqoriyasına aid deyil.

FDA-nın qənaətinə görə, siqaretin bu məhsullarla əvəz edilməsi ağız boşluğu və ağciyər xərçəngi, ürək xəstəlikləri, insult, emfizema (ağciyərlərin xroniki proqressiv xəstəliyi) və xroniki bronxit riskini azaldır. 

Verilən lisenziya 5 il müddətinə qüvvədə olacaq və müddət başa çatmamış onun uzadılması üçün müraciət etmək mümkün olacaq.

Bununla yanaşı, agentlik istənilən mərhələdə məhsulun ictimai sağlamlıq üçün təhlükə yaratdığını müəyyən edərsə, məsələn, yeniyetmələr arasında istifadənin əhəmiyyətli dərəcədə artdığı aşkar olunarsa, verilmiş icazə ləğv ediləcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026