• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Avtomobil məhəccərə çırpıldı 

HADİSƏ

03 Iyul 2026 | 09:40 | Müəllif: Aynur Babazadə

Avtomobil məhəccərə çırpıldı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Mahir Bilal oğlu Vəliyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil Sabunçu rayonu ərazisində idarəetmədən çıxaraq yolun sağındakı dəmir məhəccərə çırpılıb.

Nəticədə sürücü B.Vəliyev hadisə yerində aldığı xəsarətlərdən ölüb. Avtomobildə olan sərnişin Bədəlova Fəridə Eman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR