Venesuelanın La-Quayra ştatının dövlət qulluqçularının böyük əksəriyyəti dağıdıcı zəlzələlər zamanı həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib.
"La-Quayrada bir çox qurumların rəhbərləri həyatını itirib, ən çox zərər çəkən bu ştatda, demək olar, bütün vəzifəli şəxslər həlak olub", - o, Karakasda keçirilən mətbuat konfransı zamanı bildirib.
Rodriqes əlavə edib ki, zəlzələlər 855-dən çox tikiliyə ziyan vurub, onların 127-si tamamilə dağılıb.
"İki əsas zəlzələdən sonra 800-dən çox afterşok qeydə alınıb", - o deyib. Rodriqes iyulun 3-də Venesuela hökumətinin dövlətin bərpasına yönəlmiş iqtisadi tədbirlər kompleksini təqdim etmək niyyətində olduğunu qeyd edib./report
***
08:28
Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2595-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges məlumat verib.
Hadisə zamanı yaralananların sayının isə 12400-ə çatdığı bildirilir.
Delsi Rodrigesin sözlərinə görə, bütün Venesuela səhiyyə sistemi hazırda mövcud olan 12400 yaralını müalicə etmək üçün səfərbər olunub.
Bakı 



