ABŞ İsrailin danışıqlar zamanı İranın xarici işlər nazirinə sui-qəsd planı qurduğundan qorxurmuş.
Bakıvaxtı.az xəbər verir ki, belə bir iddia ilə "The New York Times" çıxış edib.
Məlumata görə, bu yaz ABŞ rəsmiləri Vaşinqton Tehranla danışıqlar apararkən İsrailin İranın xarici işlər naziri Abbas Əraqçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibafa qarşı sui-qəsd planı qurduğuna inanırdılar.
ABŞ bu cür hərəkətlərin diplomatik prosesi pozacağından qorxub, buna görə də bir neçə regional ölkə vasitəsilə gizli şəkildə İranı mümkün təhlükə barədə xəbərdar edib və İsraili bu cür əməliyyatlardan imtina etməyə çağırıb.
Qəzetin məlumatına görə, ABŞ-İran danışıqları başlamazdan əvvəl İsrail Əraqçi və Qalibafı potensial hədəflər siyahısına daxil edib, lakin sonradan onları çıxarıb. ABŞ rəsmiləri hesab edirdilər ki, müharibə zamanı qanuni hərbi hədəflər hesab olunsa belə, aprel ayında danışıqlar başladıqdan sonra onların aradan qaldırılması dialoqun pozulmasına və yeni bir münaqişə mərhələsinə səbəb ola bilərdi.
Bakı 



