• Bakı 27° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Həyat yoldaşı Netanyahunu TƏHQİR ETDİ

DÜNYA

03 Iyul 2026 | 09:47

Həyat yoldaşı Netanyahunu TƏHQİR ETDİ

İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu Qüdsdəki Teddy stadionunda keçirilən Makkabiya Oyunlarının açılış mərasimində əri və onun əməkdaşları ilə mübahisə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ynet” portalı yazıb.

Şahidlərin sözlərinə görə, Sara Netanyahu baş nazirə yüksək səslə, "Sənin ucbatından insanlarla mübahisə etməli oldum. Buna sən şərait yaratdın", - deyə irad bildirib.

Daha sonra o, Netanyahunun köməkçilərinə üz tutaraq, "Mənim qayğıma qalmalı idiniz. Niyə məni içəri buraxmırlar?" ifadələrini işlədib.

Məlumata görə, mübahisəyə Sara Netanyahunun mərasimdə VIP zonaya girişin təşkilindən narazı qalması səbəb olub.

Hadisə ilə bağlı nə Baş nazirin Ofisi, nə də Sara Netanyahu hələlik rəsmi açıqlama verib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026