• Bakı 26° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

“Keçmiş nazirlər həbsdə deyillər ki...” - Elmar Məmmədyarovdan MARAQLI YANAŞMA

CƏMİYYƏT

03 Iyul 2026 | 12:04

“Keçmiş nazirlər həbsdə deyillər ki...” - Elmar Məmmədyarovdan MARAQLI YANAŞMA

“Keçmiş nazirlər həbsdə deyillər ki, heç yerə gedə bilməsinlər. Kim məni tədbirə dəvət edirsə, qatılıram”.

Bunu Bakıvaxtı.az-a keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bugünlərdə  onun da yer aldığı tədbirdən paylaşılan foto ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

Məmmədyarov  6 ilə yaxındır nazir olmadığını xatırladıb:

“İllərdi nazir deyiləm, amma camaatın mənə marağı var deyə jurnalistlər bunu yazırlar”.

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev özünün “Facebook” hesabında dost məclisindən maraqlı foto paylaşıb. Fotoda məşhur simalar var: sabiq nazirlər Əbülfəs Qarayev, Elmar Məmmədyarov da tədbir iştirakçıları arasındadır. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun məclisdə olması isə xüsusi diqqət çəkir. Foto sosial şəbəkələrdə paylaşılandan sonra tənqid edilib.

Tənqidlərə cavab verən Elmar Məmmədyarov deyib ki, həmin foto Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovun 100 illik yubileyində çəkilib:

“İyunun 27-də Arif Heydərovun oğlu Murad Heydərovun dəvəti ilə məclisdə iştirak etmişik. Adətən, şad günlərdə, anım günlərində, yaslarda dostlarla görüşürük, söhbət edirik. Gözəl anlarda şəkil də çəkdiririk”.

“Dost məclislərində hesab necə ödənir, kim qabağa düşür” sualına cavabında sabiq nazir belə deyib:

“Xüsusi günlər olmayanda görüşdükdə isə “nemetskiy şot” olur”.

Nazirin  “nemetskiy şot” açıqlaması da bəzilərində gülüş, bəzilərində isə ikrah hissi doğurub.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026