• Bakı 26° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

General təqaüdə göndərildi - Yeni təyinat

CƏMİYYƏT

03 Iyul 2026 | 11:17

General təqaüdə göndərildi - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.

Bakıvaxtı.az Manset.az-a istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.

Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026