Türkiyə Cümhuriyyətinin nümayəndə heyəti İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək məqsədilə Tehrana səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, Tehrandakı İmam Xomeyni Musalla Məscidində keçirilən mərasimdə Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil edir.
Fevralın 28-də ABŞ və İsrailin təşkil etdiyi hücumu nəticəsində Ayətullah Seyid Əli Xamenei üçün Tehrandakı İmam Xomeyni Musalla Məscidində rəsmi anım mərasimi təşkil olunub.
Məlumata görə, mərasimdə xarici nümayəndə heyətləri və müxtəlif siyasi xadimlər iştirak edərək Xameneiyə və onunla birlikdə həlak olan şəxslərə ehtiramlarını bildirirlər.
Bakı 



