• Bakı 25° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Kremlin İrəvana yeni təzyiqi: Erməni TIR-ları sərhəddə qalıb

CƏMİYYƏT

03 Iyul 2026 | 15:57

Kremlin İrəvana yeni təzyiqi: Erməni TIR-ları sərhəddə qalıb

Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində bir aydır mürəkkəb vəziyyət davam edir və nəticədə Ermənistana gedən yük maşınlarının kilometrlərlə uzanan növbəsi yaranıb.

“Hraparak” nəşrinin məlumatına görə, yüzlərlə yük avtomobili sərhədi keçmək və Ermənistana qayıtmaq üçün günlərlə növbə gözləyir. Sürücülər bildirib ki, növbə talonlarının bronlaşdırılması prosesi demək olar ki, irəliləmir. Onların sözlərinə görə, Rusiya tərəfi hər gün yalnız bir neçə yük avtomobilinin keçidinə icazə verir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Natiq Miri deyib ki, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində erməni TIR-larına problem yaradılması Rusiyanın Ermənistana yönəlik təzyiq prosesinin tərkib hissəsidir.

Ekspert bildirib ki, Rusiya Ermənistanın təcili qaydada Avropa İttifaqı ilə Rusiya arasında seçim etməsini istəyir:

“Moskva İrəvanı məcbur edir ki, Paşinyan hökuməti Rusiyanı seçsin. Ancaq görünən odur ki, Ermənistan Rusiyanın dediklərini etmək istəmir. Çünki Rusiya, daha doğrusu Kremlin dəstəklədiyi qüvvələr parlament seçkilərində Ermənistanda ağır məğlubiyyətə uğradı. Bunun müqabilində Avropa İtifaqı öz dostu saydığı Ermənistanı heç vaxt tək, dəstəksiz buraxmayacağını nümayiş etdirir”.

Natiq Miri: Kreml Ermənistanın təcili qaydada Aİ ilə Rusiya arasında seçim etməsini istəyir

Müsahibimizin sözlərinə görə, Aİ Ermənistana iqtisadi baxımdan yardım edir, maliyyə ayırır. Avropa öz bazarlarını erməni məhsulları üçün açır.

“Digər yandan, Ermənistanın hərbi təhlükəsizliyi ilə bağlı başda ABŞ olmaqla, Avropa dövlətləri Ermənistanla hərbi təlimlər keçirirlər. Bunların hamısı Rusiyaya verilən ciddi mesajlardır. Yəni Avropa İttifaqı göstərir ki, Ermənistanı Rusiyanın təzyiqləri qarşısında tək-tənha buraxmır”, - deyə Natiq Miri əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR