• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Küveyt Vəliəhdi Prezidenti təbrik edib

SİYASƏT

04 Iyun 2026 | 17:40 | Müəllif: Əli Hüseynov

Küveyt Vəliəhdi Prezidenti təbrik edib

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

    Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

    Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026