q
  • Bakı 13° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

AMB sədri: Son iki ayda valyuta hərracı keçirilməyib

İQTİSADİYYAT

06 May 2026 | 11:44

AMB sədri: Son iki ayda valyuta hərracı keçirilməyib

Son iki ayda Mərkəzi Bankda valyuta hərracı keçirilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

    O qeyd edib ki, bazarda valyuta təklifi tələbi kəskin üstələyib:

    "Buna görə də AMB valyuta bazarına aprel ayında müdaxilə etdi və AMB-nin ehtiyatları 12,7 mlrd. dollara çatdı. Bu prosesləri nağd bazarında da görürük. Burada da təklif tələbi üstələyir. Qarşıdakı 2-3 ayda valyuta bazarında cari vəziyyət davam edəcək. Ehtimal olunur ki, AMB ilin sonunda yenidən valyuta bazarına müdaxilə etsin”, - Taleh Kazımov əlavə edib.


    SON XƏBƏRLƏR

    05 May 2026