q
  • Bakı 13° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Ekspertdən SƏRT AÇIQLAMA: “Heç bir səbəb uşağın həyatını təhlükəyə atmağı izah etmir”

CƏMİYYƏT

06 May 2026 | 13:15

Ekspertdən SƏRT AÇIQLAMA: “Heç bir səbəb uşağın həyatını təhlükəyə atmağı izah etmir”

Xəbər verdiyimiz kimi, Bakıda itkin düşmüş körpənin valideynləri müəyyən edilib. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, azyaşlının anası uşaqdan rəsmi qaydada imtina edib və hazırda faktla bağlı cinayət işi açılıb.

Kəmalə Ağazadə bildirib ki, görüş zamanı ana körpə ilə bağlı məsuliyyət hissi göstərməyib:

“Uşaqdan rəsmi qaydada imtina etdi. Sual verdim ki, ‘bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?’ Çiyinlərini çəkdi...”

Hadisə ictimaiyyətdə geniş rezonans doğurub və müxtəlif reaksiyalarla qarşılanıb. Bir qisim ananı, digər qisim isə onu bu vəziyyətə gətirən sosial səbəbləri kəskin tənqid edir.

Məsələyə münasibət bildirən Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc FədaiBakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşağın tərk edilməsi tək bir səbəblə izah oluna bilməz və bu, çoxşaxəli sosial-psixoloji problemdir:

“Birincisi, psixoloji hazırlıqsızlıq və travmalar. Bəzi insanlar valideynliyə daxili olaraq hazır olmurlar. Öz uşaqlıq travmalarını sağaltmadan valideyn olan şəxslər məsuliyyətdən qaça bilirlər. İkincisi, sosial-iqtisadi çətinliklər — yoxsulluq, işsizlik və dəstək sisteminin zəifliyi xüsusilə tək anaları yanlış qərarlara yönəldə bilər".

Onun sözlərinə görə, məsələdə cəmiyyət təzyiqi və damğalanma faktoru var. Nikahsız uşaq dünyaya gətirən qadınlara qarşı sosial basqı bəzən uşağın tərk edilməsinə qədər gedib çıxır. Emosional laqeydlik və məsuliyyət hissinin formalaşmamasıdır ki, bu da cəmiyyətin dəyər sistemindəki boşluqlardan xəbər verir.

Bununla belə, Sevinc Fədai vurğulayıb ki, heç bir sosial və ya psixoloji səbəb uşağın tərk edilməsinə haqq qazandıra bilməz:

“Burada söhbət özünü müdafiə edə bilməyən bir insanın – uşağın həyatından gedir. Heç bir səbəb onun təhlükəyə atılmasını və hüquqlarının pozulmasını legitimləşdirə bilməz”.

Aydın Baxış


SON XƏBƏRLƏR

05 May 2026