• Bakı 10° C

    13.85 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Ağsuda məktəbli qardaşlar bıçaqlandı - TƏFƏRRÜAT

HADİSƏ

07 Aprel 2026 | 09:52

Ağsuda məktəbli qardaşlar bıçaqlandı - TƏFƏRRÜAT

Ağsuda 34 yaşlı kişinin məktəbli qardaşları bıçaqlamasının bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisəni törədən Dostəli Bağırovun həyat yoldaşı Ağsu şəhər 1 saylı orta məktəbdə təmizlikçi işləyir.

Bir neçə gün əvvəl məktəbdə təmizlikçi qadınla 11-ci sinif şagirdi arasında mübahisə baş verib. Bunu öyrənən D.Bağırov bıçaq götürərək məktəbə gedib və təhsil müəssisəsinin qarşısında həmin şagirdlə mübahisə edib. Mübahisə zəminində o, bıçaqla şagirdin baldır nahiyəsinə yüngül xəsarət yetirib. 34 yaşlı kişi şagirdin köməyinə gələn 16 yaşlı qardaşına da yumruqla vurub.

Hər iki yeniyetmə yüngül xəsarət alıb və xəstəxanadan evə buraxılıb.

Faktla bağlı araşdırmalar aparılır.

***

4 aprel, saat 11:21

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birində qeydə alınıb.

Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

    D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir./apa


    SON XƏBƏRLƏR