Gəncədə dava zamanı gənc oğlanı bıçaqlayan şəxs tutulub.
Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***19:49
Gəncədə bıçaqlanma olub.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki şəhər sakini sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaqlanma diaqnozu ilə, 2012-ci il təvəllüdü R.İsmayılova,1984-cü il təvəllüdlü S.Hüseynova, 1985-ci il təvəllüdlü A.İsmayılova döyülmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Bıçaq xəsarəti alan İ.Məmmədova dərhal yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Digər xəsarət alan 3 qadınlara da ilkin yardım edilib.
Məluamata görə, İ.Məmmədova qız qaçırmaq istəyən zaman ailələr arasında dava düşüb. Bu zaman 3 qadın da döyülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bakı 




