• Bakı 11° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Haqqında şayiələr yayılan Xamenei ilk dəfə görüntüləndi - VİDEO

DÜNYA

06 Aprel 2026 | 00:40

Haqqında şayiələr yayılan Xamenei ilk dəfə görüntüləndi - VİDEO

"İranlı jurnalistin gündəliyi" "Telegram" kanalı İranın Ali Liderinin ilk dəfə videosunu yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, videoya "Ali Baş Komandan Ayətullah Seyid Müctəba Xameneinin müharibə otağında ilk dəfə" yazılıb.

Kadrlarda Ayətullah Xameneinin hərbi personalla birlikdə ofisə girdiyi görünür. Ekranda "Dimona Nüvə Reaktoru" başlığı olan interaktiv xəritə göstərilir.

Dimona yaxınlığında İsrailin nüvə silahlarının hazırlanması ilə əlaqəli nüvə reaktoru və nüvə tədqiqat mərkəzi yerləşir.

İran əvvəllər Dimonaya zərbələr endirərək dağıntılara səbəb olub.

Əvvəllər ölkənin ali rəhbərliyi də daxil olmaqla, Amerika rəsmiləri dəfələrlə İranın Ali Liderinin sağlamlığı və hətta həyatı ilə bağlı şübhələrini bildiriblər.

 

 


SON XƏBƏRLƏR

05 Aprel 2026