• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Daha 117 mina, 2254 PHS aşkarlandı 

CƏMİYYƏT

06 Aprel 2026 | 13:18

Daha 117 mina, 2254 PHS aşkarlandı 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (30.03.2026 – 05.04.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 83 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 2254 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 2278,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


    SON XƏBƏRLƏR