• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Peskov: Avropa ölkələrinin dialoq təşəbbüsü...

DÜNYA

16 Yanvar 2026 | 16:33

Peskov: Avropa ölkələrinin dialoq təşəbbüsü...

Kreml bəzi Avropa ölkələrinin Rusiya ilə dialoqu bərpa etmək niyyətini müsbət qiymətləndirib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O, jurnalistlərə açıqlamasında Avropadan gələn yeni mesajların Moskva üçün pozitiv siqnal olduğunu bildirib.

“Əgər bu, həqiqətən də avropalıların strateji vizyonunu əks etdirirsə, bu, onların mövqeyində müsbət irəliləyişdir”, – deyə Peskov vurğulayıb.

Kreml rəsmisi son günlər Paris, Roma və Berlin rəhbərlərinin Rusiyayla danışığın Avropada sabitlik üçün vacib olduğunu qeyd etdiklərini xatırladıb:

“Parisdə, Romada və hətta Berlində Avropada sabitliyi təmin etmək üçün ruslarla danışıqların vacibliyini bildirdilər. Bu, bizim vizyonumuzla tamamilə üst-üstə düşür”.

Dmitri Peskov, eyni zamanda, Böyük Britaniyanın mövqeyini tənqid edib və Londonun davranışlarını dağıdıcı xarakterli adlandırıb.

Aydın Baxış


SON XƏBƏRLƏR