• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Kəsim məntəqəsində nöqsanlar aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

16 Yanvar 2026 | 16:51

Kəsim məntəqəsində nöqsanlar aşkarlandı - FOTOLAR

Mediada yayımlanan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Qulu Salman oğlu Quliyevə məxsus kəsim məntəqəsində plandankənar yoxlama keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı aşkarlanıb. Belə ki, ölçmə vasitələrinin yoxlanmadan keçməsini təsdiq edən sənədlər təqdim edilməyib. Eyni zamanda, müəssisədə tullantı sularının kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq qurğular vasitəsilə təmizlənmədiyi müəyyən olunub. Müəssisədə dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı, işçilərin əksəriyyətinin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tətbiq edilib.

AQTA-dan bildirildiyinə görə, qeyd edilən nöqsanların aradan qaldırılması üçün işlərə başlanılıb.


SON XƏBƏRLƏR