• Bakı 11° C

    8.51 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb

CƏMİYYƏT

15 Fevral 2026 | 13:15

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb

Builki Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, sözügedən qərar Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə xaricdə və bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

"Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", - V. Cahangiri bildirib.


SON XƏBƏRLƏR

14 Fevral 2026