• Bakı C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Krımda sakin 4 polisi güllələdi

CƏMİYYƏT

17 Mart 2026 | 11:59

Krımda sakin 4 polisi güllələdi

Krımda kişi ov tüfəngi ilə dörd polis əməkdaşını yaralayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, martın 16-da polis əməkdaşları istintaq çərçivəsində Stefanovka kəndində 49 yaşlı sakinin yaşadığı ünvana gediblər.

Həmin şəxs polis əməkdaşlarını evə buraxmaqdan imtina edib və ov tüfəngi ilə onlara bir neçə dəfə atəş açıb.

O, daha sonra avtomobilini “Molotov kokteyli” ilə yandırıb, evinə isə od vurmağa cəhd edib.

Polis, Rusiya Milli Qvardiyası və Xüsusi Təyinatlı Polis Dəstəsinin gücləndirilmiş əməliyyatı nəticəsində silahlı şəxs zərərsizləşdirilib.

İstintaq ona qarşı ittiham irəli sürməyə hazırlaşır.


SON XƏBƏRLƏR

16 Mart 2026