“Gününsəsi”nə qədər Moderator.az saytının əsasını qoymuşdum. O zaman MTN-in o dövrdəki rəhbərliyi məni həbsə atmaqla bu layihəmin böyüməsinin qarşısını aldı. “Gününsəsi”nin quruculuğu prosesi və populyarlıq qazanması MTN-nin ləğv olunma, bu nazirliyin ali zabit heyətinə daxil olan şəxslərin kütləvi həbsi dövrünə təsadüf etdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Qafqazinfo”ya müsahibəsində “Gününsəsi” saytının baş redaktoru Pərviz Həşimli deyib.
“O dövrü xatırlayanlar yaxşı bilir ki, hələ bir il sonra “MTN İşi“ çərçivəsində keçiləcək məhkəmə proseslərində elan olunan sensasion cinayətlərin epizodlarını biz hələ bu işin istintaqında yazdıq. “Gününsəsi” qurulanda tanımadığım sahibkarlar, məmurlar bu qurumun vəzifəli şəxslərinin vaxtilə törətmiş olduğu cinayətlər barədə bizə “papka-papka” materiallar təqdim etdi.
O zaman MTN-in həbsdə olan ayrı-ayrı generallarının ailə üzvləri bizim ofisə gəlib, onların sifarişini mənə çatdırırdı ki, səni bizim idarə yox, Antiterror Mərkəzi həbs edib. Xahiş edirdilər ki, onlardan yazmayaq. Yaxşı xatirimdədir, Akif Çovdarov həbsdən azad olunan gecə mənə telefon açdı. Kim olduğunu soruşanda “Azərbaycanın ən qatı cinayətkarı “Qanlı general Çovdarovdur” deyərək mənə sual etdi ki, səni mənim idarəm yox, başqa idarə həbs etmişdi, axı, məndən niyə belə yazırdınız?
Yəni deməyim odur ki, ənənəvi qəzetçilik dövrünün onlayn media ilə əvəzlənməsi prosesində “Gününsəsi”nin qısa zamanda bazara girməsinə səbəb bu hadisə oldu”, - baş redaktor qeyd edib.
Bakı 




