q
  • Bakı 18° C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Altıağac-Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

CƏMİYYƏT

16 May 2026 | 11:14

Altıağac-Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

İntensiv yağıntılar nəticəsində sürüşmənin baş verdiyi Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bakıvaxtı.az-a verilən məlumata görə, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub. Sürüşmə nəticəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, həmçinin yol yatağının möhkəmləndirilməsi istiqamətində işlər aparılır.

    Əsas məqsəd nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır. Eyni zamanda, yağıntılı hava şəraitinin yaratdığı risklərin minimuma endirilməsi üçün əlavə qabaqlayıcı tədbirlər də görülür.

    Qeyd olunur ki, təkcə Altıağac–Xızı yolunda deyil, ölkə üzrə ümumilikdə 25 avtomobil yolunda yağış və sel sularının törətdiyi fəsadların aradan qaldırılması nəzərdə tutulub. Bu çərçivədə zərər görmüş yol infrastrukturlarının bərpası, körpü və suötürücü qurğuların təmiri, eləcə də təhlükəli ərazilərdə mühafizə tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.


    SON XƏBƏRLƏR

    15 May 2026