• Bakı C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Tovuzdakı partlayışda xəsarət alanlardan XƏBƏR VAR

CƏMİYYƏT

17 Mart 2026 | 12:51

Tovuzdakı partlayışda xəsarət alanlardan XƏBƏR VAR

Martın 17-də saat 03:55  radələrində qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Verilən məlumata görə, 2024 təvəllüdlü azyaşlıya (kişi) bədənin II-III dərəcəli 15 faizlik termiki yanığı, 1997 və  2005-ci il təvəllüdlü şəxslərə isə bədənin II-III dərəcəli 40-60 faizlik yanığı diaqnozları təyin olunub. 

Hər birinə zəruri ilkin tibbi yardım göstərilib, Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar.

Aynur Babazadə


SON XƏBƏRLƏR