• Bakı 11° C

    8.51 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

FHN WUF13-ə hazırlıqla bağlı toplantı keçirdi - Fotolar

CƏMİYYƏT

15 Fevral 2026 | 12:15

FHN WUF13-ə hazırlıqla bağlı toplantı keçirdi - Fotolar

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü Sessiyasına aidiyyəti üzrə hazırlıqla əlaqədar toplantı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Mehmanxanalarda yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilmiş toplantıda FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun məsul vəzifəli şəxsləri, mehmanxanaların nümayəndələri iştirak ediblər.

Tədbirdə mehmanxanalarda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, lift və digər qaldırıcı qurğuların saz vəziyyətdə saxlanılmasının zəruriliyi vurğulanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.


SON XƏBƏRLƏR

14 Fevral 2026