• Bakı 11° C

    8.51 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Sabahın hava proqnozu AÇIQLANIB

CƏMİYYƏT

15 Fevral 2026 | 12:28

Sabahın hava proqnozu AÇIQLANIB

Fevralın 16-da gözlənilən hava proqnozu açıqlanıb. 

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Fevralın 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.


SON XƏBƏRLƏR

14 Fevral 2026