• Bakı C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Gənc əsgərlər AND İÇDİLƏR- FOTO - VİDEO

CƏMİYYƏT

15 Fevral 2026 | 15:13

Gənc əsgərlər AND İÇDİLƏR- FOTO - VİDEO

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, AzərbaycanIN Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.


SON XƏBƏRLƏR

14 Fevral 2026