• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Cenk Tosun Azərbaycanda oynamaq istəyir

İDMAN

16 Yanvar 2026 | 19:14 | Müəllif: Subhan Mahmudov

Cenk Tosun Azərbaycanda oynamaq istəyir

Türkiyə millisinin üzvü Cenk Tosun Azərbaycanda oynamaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə açıqlamasında 34 yaşlı hücumçu deyib. O, Azərbaycandan gələcək təkliflərə müsbət baxacağını bildirib: “Kasımpaşa” klubu ilə mövsümün sonunadək anlaşmışam. Amma gələn il Azərbaycandan təklif olarsa, düşünərəm. Ölkənizi çox sevirəm”.

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan Cenk Tosun bu ölkənin “Ayntraxt”, Türkiyənin “Qaziantepspor”, İngiltərənin “Everton” və “Kristal Pelas” klublarının da formasını geyinib. Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub. O, son olaraq “Fənərbağça”nın şərəfini qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026