• Bakı C

    4.48 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Trampdan Fransa və Almaniyaya XƏBƏRDARLIQ

DÜNYA

16 Yanvar 2026 | 22:34

Trampdan Fransa və Almaniyaya XƏBƏRDARLIQ

Fransa və Almaniya dərmanların qiymətini artırmağı nəzərdə tutan ABŞ-ın təklif etdiyi planla razılaşmasalar, onların məhsullarına qarşı rüsumlar tətbiq ediləcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp Ağ Evdə səhiyyə məsələlərinə dair köməkçiləri ilə keçirdiyi müşavirədə bildirib.

Tramp qeyd edib ki, ABŞ-da bir çox dərmanların qiyməti Avropa ölkələrinə nisbətən xeyli yüksəkdir. Onun sözlərinə görə, Vaşinqton administrasiyası əczaçılıq sənayesi nümayəndələri ilə ABŞ sakinlərinin reseptlə alınan dərmanlar üçün bütün ölkələr arasında ən aşağı qiyməti ödəyəcəklərinə dair razılaşmalar əldə edib.

Bundan əlavə, Tramp bəyan edib ki, xərclərin bir hissəsi Avropa ölkələrindəki istehlakçılara ötürülə bilər.

"Amma bir problemimiz var. Digər ölkələr buna razı olmadılar. Fransa, Almaniya, Böyük Britaniya, bütün Avropa Birliyi razı olmadı", - o, razılaşmalara nail olmaq üzrə aparılan məsləhətləşmələr barədə danışarkən qeyd edib.


SON XƏBƏRLƏR

16 Yanvar 2026