• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Macarıstan Ukraynanı yenidən ittiham etdi

DÜNYA

15 Fevral 2026 | 18:36

Macarıstan Ukraynanı yenidən ittiham etdi

"Drujba" neft kəməri zədələnməyib və istismara tam hazırdır. Rusiyadan Macarıstana neft nəqlinin dayandırılması yalnız Ukrayna rəhbərliyinin siyasi qərarı ilə bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Nazir Ukrayna ərazisindən Slovakiya və Macarıstana neft tədarükünün dayandırılması məsələsinə münasibət bildirərkən qeyd edib ki, son zərbələr nəticəsində kəmər zədələnməyib:

"Kəmərin ətrafındakı infrastrukturun zədələnməsi onun fəaliyyəti üçün maneə deyil. O, texniki cəhətdən tədarükü bərpa etməyə hazırdır. Deməli, işin dayanmasının yeganə səbəbi siyasi amillərdir".


SON XƏBƏRLƏR

14 Fevral 2026