Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə XİN rəhbəri Ukraynadakı müharibənin sona çatdırılması üçün danışıqlara qayıdılmasının vacibliyini vurğulayıb və Türkiyənin yeni danışıqlar mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu bir daha bildirib.
H.Fidan qeyd edib ki, münaqişənin uzanması həm region ölkələri, həm də beynəlxalq nizam üçün ciddi risklər yaradır.
Telefon danışığı zamanı, həmçinin müharibənin qlobal təsirlərindən biri olan enerji təhlükəsizliyi məsələləri də dəyərləndirilib. Nazirlər enerji təchizatının təhlükəsizliyi ilə bağlı əməkdaşlıq və dialoq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Bakı 




