• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Aİ Qazaxıstana sanksiya tətbiq edəcək?

DÜNYA

17 Mart 2026 | 17:15

Aİ Qazaxıstana sanksiya tətbiq edəcək?

Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə 20-ci sanksiya paketini hazırlamağa davam edir, bu çərçivədə Qazaxıstan şirkətlərinə qarşı məhdudiyyətlər planlaşdırılmır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Astanada səfərdə olan Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid Sallivan bildirib.

“Hazırda 20-ci sanksiya paketi ilə bağlı razılaşma mərhələsindəyik, müəyyən müzakirələr aparılır. Qazaxıstanın sanksiya siyahısına daxil edilməsini tələb edən heç bir problemli məsələ müəyyən etməmişik. Bununla belə, diqqətliyik, sanksiyalardan yayınma ehtimalı və ya potensialı olan dünyanın hər yerindəki bankların fəaliyyətlərini yaxından izləyirik”, - Sallivan vurğulayıb.


SON XƏBƏRLƏR