• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ukrayna nümayəndə heyəti ABŞ-dədir

DÜNYA

17 Yanvar 2026 | 13:54 | Müəllif: Əli Hüseynov

Ukrayna nümayəndə heyəti ABŞ-dədir

Ukrayna nümayəndə heyəti sülh sazişi ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparmaq üçün artıq ABŞ-dədir

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov özünün “Telegram” kanalında məlumat yayıb.

    “Rustem Umerov və David Araxamiya ilə birlikdə amerikalı tərəfdaşlarla sülh sazişinin detalları barədə vacib danışıq aparılacaq. Planlaşdırılmış görüşdə Stiven Vitkoff, Cared Kuşner və Daniel Driskol da iştirak edəcək”, - o bildirib

    Budanov həmçinin vurğulayıb ki, Ukraynaya ədalətli sülh lazımdır: "Biz nəticəyə nail olmaq üçün çalışırıq”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Sentyabr 2026