Ermənistanda Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirilib.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, iclasda məşğulluq seçimi azadlığı, əmək hüquqları, fövqəladə vəziyyətin elan edilməsi və seçki hüquqlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Məlumata görə, şura gələcəkdə bu mövzular üzrə müzakirələrini davam etdirəcək.
Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, Konstitusiyanın yeni mətninin 2026-cı ilin martında dərc olunması planlaşdırılır.
Əli Hüseynov
Bakı 




