• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Bişkekdə HƏYACAN: "Ticarət mərkəzinə bomba qoyulub"

DÜNYA

18 Mart 2026 | 10:49

Bişkekdə HƏYACAN: Ticarət mərkəzinə bomba qoyulub

Bişkekdə (Qırğızıstan) "Asia Mall" ticarət-əyləncə mərkəzinə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Qeyd edilib ki, bu barədə Bişkek şəhəri Lenin rayonu Daxili İşlər İdarəsinin mətbuat xidmətindən bildirilib.

Hadisə yerinə dərhal istintaq-əməliyyat qrupu, eləcə də rayon Daxili İşlər İdarəsinin rəhbərliyi yollanıb. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə binanın ərazisi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, ziyarətçilərin və işçi heyətin təxliyəsi həyata keçirilir.

Hazırda axtarış və yoxlama tədbirləri aparılır.


SON XƏBƏRLƏR

17 Mart 2026