Kahramanmaraşda orta məktəbdə 9 nəfərin ölümünə və 20 nəfərin yaralanmasına səbəb olan silahlı hücumu törədən İsa Aras Mersinlinin yeni görüntüləri ortaya çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, şəkillərin birində Mersinli atasına aid olduğu güman edilən polis papağı ilə poz verir. Digər görüntüdə isə o, iki fərqli silahla görünür. İddia edilir ki, bu silahlar atasının "Maraşda bir qutuda kilidli saxlanıldığı" deyilən ləvazimatlardır.
Qeyd edək ki, aprelin 15-də Kahramanmaraşın Onikişubat rayonundakı Ayşer Çalık orta məktəbində 8-ci sinif şagirdi ətrafa odlu silahdan atəş açıb. Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.
Daha sonra hücumu törədən şəxs intihar edib.
Murad Məmmədli
Bakı 





