q
  • Bakı 16° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Akopyan seçkilərdə Paşinyanı dəstəkləyəcək

DÜNYA

17 Aprel 2026 | 10:43

Akopyan seçkilərdə Paşinyanı dəstəkləyəcək

Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan iyunun 7-də keçiriləcək parlament seçkilərində hazırkı hökumət başçısını dəstəkləyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.

Nəşrin yazdığına görə, Akopyan yaxın ətrafı ilə açıq danışaraq bildirib ki, ayrılmalarına baxmayaraq, yenidən Paşinyanın seçilməsini dəstəkləyir və onlara da eyni şeyi etməyi məsləhət görür.

“Qoy münasibətlərimiz Baş nazirə münasibətinizin dəyişməsinə təsir etməsin, mən özüm vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və səsimi mütləq hazırkı Baş nazirə verəcəyəm”, - o bildirib.


SON XƏBƏRLƏR

18 Aprel 2026