Ukraynada 16 gündə 12 yaşayış məntəqəsi Rusiya qüvvələrinin nəzarətinə keçib.
Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, bunu Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov açıqlayıb.
O bildirib ki, 200 kvadrat kilometrdən çox ərazi artıq Rusiyanın nəzarətindədir.
Gerasimov həmçinin cəbhənin bütün istiqamətlərində irəliləyiş əldə edildiyini və şimal qrupunun Sumı və Xarkov vilayətlərində təhlükəsizlik zonasını genişləndirdiyini vurğulayıb.
Qeyd olunub ki, ordunun cənub qrupu Slavyansk və Zaporojye istiqamətində irəliləməyə davam edir.
Əli Hüseynov
Bakı 




