İranın xarici işlər naziri Abbas Əraqçi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi arasında görüş baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qrossi “X” hesabında paylaşım edib.
“Sabah Cenevrədə keçiriləcək mühüm danışıqlara hazırlıq olaraq, elə indicə İranın xarici işlər naziri ilə dərin texniki müzakirələri sonlandırdıq”, - Qrossi bildirib.
***
10:12
İsveçrədə nüvə ekspertlərinin müşayiətiylə İran xarici işlər naziri Abbas Əraqçi ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi arasında texniki müzakirələr baş tutacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.
Abbas Əraqçi qeyd edib ki, çərşənbə axşamı ABŞ ilə baş tutacaq görüş öncəsi Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə də görüş nəzərdə tutulub.
Bakı 




