• Bakı C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

İrandan 4 ölkəyə raket ZƏRBƏSİ

DÜNYA

18 Mart 2026 | 13:21

İrandan 4 ölkəyə raket ZƏRBƏSİ

Çərşənbə günü səhər saatlarında İran tərəfindən Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Bəhreyn ərazilərinə kütləvi raket və dron hücumları həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, paytaxt Ər-Riyadın diplomatik korpusların yerləşdiyi məhəlləsi istiqamətində uçan pilotsuz uçuş aparatı (PUA) son anda havada zərərsizləşdirilib.

Hücumların coğrafiyası bununla məhdudlaşmayıb, eyni vaxtda Küveytin hava hücumundan müdafiə sistemləri də işə düşüb.

Ölkə rəhbərliyi bir neçə raket və dronun uğurla vurulduğunu bəyan edib.

Qətər Müdafiə Nazirliyi də səhər saatlarında ölkəyə yönələn raket zərbəsinin dəf edildiyini təsdiqləyib.

Bəhreyndə isə vəziyyət daha gərgin olub. Şəhərlərdə həyəcan siqnalları səsləndirilib, əhaliyə təcili olaraq sığınacaqlara keçmək barədə xəbərdarlıq edilib./Musavat


SON XƏBƏRLƏR

17 Mart 2026