• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Davudoğlu: "23 Aprel şənlikləri təxirə salınmalıdır"

DÜNYA

17 Aprel 2026 | 12:57 | Müəllif: Əli Hüseynov

Davudoğlu: "23 Aprel şənlikləri təxirə salınmalıdır"

Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Şanlıurfa və Qəhrəmanmaraşdakı məktəblərdə baş verən silahlı hücumlarla bağlı açıqlama verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Davudoğlu baş verən hadisələr fonunda həyatın hər şey normal imiş kimi davam edə bilməyəcəyini qeyd edib.

O, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramına qədər ölkədə milli matəm elan edilməsini təklif edib.

Partiya rəhbəri bütün bayram tədbirləri və rəsmi qəbul mərasimlərinin ləğv olunmasını, məktəblərdə dərslərə anma ilə başlanmasını istəyib.

Davudoğlu həmçinin idman oyunlarının da uşaqların xatirəsinə həsr olunaraq səssiz şəkildə keçirilməsini təklif edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026