• Bakı 24° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çin Ukrayna üçün çox iş görüb - Yi

DÜNYA

17 May 2026 | 12:17 | Müəllif: Subhan Mahmudov

Çin Ukrayna üçün çox iş görüb - Yi

Çin Ukraynaya sülh gətirmək üçün çox iş görüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

ABŞ Prezidenti Donald Trampın Çinə səfərini şərh edən Yi jurnalistlərə bildirib ki, liderlər digər məsələlərlə yanaşı, Ukrayna böhranını da müzakirə ediblər:

“Çin də, ABŞ da hərbi əməliyyatların tezliklə dayandırılmasına ümid edir. Həmçinin iki ölkə də sülh və danışıqlara tərəfləri təşviq etmək üçün artıq çox iş görüb”.

Çinli nazir vurğulayıb ki, mürəkkəb problemlərin sadə həlli yoxdur və sülh danışıqları birdən-birə başa çatdırıla bilməz.

Nazir Çin və ABŞ-ın müzakirələri davam etdirməyə və böhranın siyasi həllində konstruktiv rol oynamağa hazır olduqlarını da diqqətə çatdırıb./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026