• Bakı 26° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Böyük Britaniya Ukraynaya uran tədarük edəcək

DÜNYA

16 Iyun 2026 | 09:26

Böyük Britaniya Ukraynaya uran tədarük edəcək

Böyük Britaniya Ukraynanın nüvə elektrik stansiyaları üçün zənginləşdirilmiş uran tədarük edəcək və Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer Fransanın “Le Figaro” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, London Rusiyanın müharibəni davam etdirməsinə imkan verən maliyyə və iqtisadi resursları məhdudlaşdırmaq, eyni zamanda Ukraynanın enerji təhlükəsizliyini gücləndirmək niyyətindədir.

“Biz Putinin müharibəsini qızışdıran resursları kəsmək və Ukraynanı qarşıdan gələn qış mövsümlərində enerji ilə təmin etməklə ona dəstək verməyə davam edəcəyik. Lazım olduğu qədər Ukraynanın yanında olacağıq və bu qərar da həmin mövqeyimizi bir daha təsdiqləyir”, – deyə Starmer vurğulayıb.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026