• Bakı 25° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Şimali Makedoniya Şaquli Qaz Dəhlizinə qoşulur

DÜNYA

16 Iyul 2026 | 00:38

Şimali Makedoniya Şaquli Qaz Dəhlizinə qoşulur

Şimali Makedoniya Şaquli Qaz Dəhlizinə qoşulur.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Report-un Balkan bürosuna ölkənin Energetika, Mədənçilik və Mineral Ehtiyatlar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Şimali Makedoniya enerji təhlükəsizliyinin gücləndirilməsi və regional əlaqəliliyin artırılması istiqamətində yeni strateji addım atıb.

Belə ki, ölkə təbii qaz təchizatının şaxələndirilməsi və Cənub-Şərqi, Mərkəzi və Şərqi Avropada enerji sabitliyinin gücləndirilməsi məqsədi daşıyan Avropanın ən mühüm təşəbbüslərindən biri olan Şaquli Qaz Dəhlizinə qoşulmaq üçün dəvət alıb.

Qərar Afinada keçirilən qaz ötürücü sistem operatorlarının iclasında təsdiqlənib. İclasda Şimali Makedoniyanın qaz ötürücü sistem operatoru NOMAGAS-ın bu regional əməkdaşlıq çərçivəsinə qoşulması barədə razılıq əldə olunub. Təşəbbüsün iştirakçıları olan Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Slovakiya və Macarıstanla yanaşı, Şimali Makedoniya və Serbiya da hazırda qoşulma prosesindədir.

Energetika, Mədənçilik və Mineral Ehtiyatlar Nazirliyinin qiymətləndirməsinə görə, bu addım ölkənin Avropa enerji şəbəkəsinin fəal hissəsinə çevrilməsi, etibarlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli təbii qaz təchizatının təmin edilməsi istiqamətində strateji məqsədlərin həyata keçirilməsində mühüm mərhələdir.

Diqqətə çatdırılıb ki, Şaquli Qaz Dəhlizinə qoşulmaq yeni vahid qaz kəmərinin tikintisi demək deyil. Bu, milli qaz kəmərləri, interkonnektorlar və terminallardan ibarət koordinasiyalı Avropa şəbəkəsinə inteqrasiyanı nəzərdə tutur. Bu şəbəkə vasitəsilə təbii qaz Avropada cənubdan şimala doğru müxtəlif marşrutlarla nəql edilə biləcək.

Qeyd edək ki, Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunur və Şaquli Qaz Dəhlizinin inkişafı bu resursların daha geniş coğrafiyaya çatdırılmasına əlavə imkanlar yaradacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyul 2026