“Biz İsrail ətrafında geniş təhlükəsizlik zonaları yaratmışıq. Biz bunu Qəzzada, Livanda və Suriyada etdik”.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib. O qeyd edib:
“Bunu aydın şəkildə bildirmək istəyirəm: ölkəmizi qorumaq üçün lazım olduğu müddətcə bu təhlükəsizlik zonalarında qalacağıq”.
Qeyd edək ki, İsrail aylardır, Qəzza zolağında, Livanda və İranda hərbi əməliyyatlar aparır. İsrail ordusunun elan etdiyi bəzi müharibə məqsədlərinə nail olmayıb. Bazar ertəsi günü ABŞ və İran arasında əldə edilən razılaşma İsrail cəmiyyətinin böyük bir hissəsi və siyasi təbəqə tərəfindən İsrail üçün tənəzzül kimi qəbul edilir.
Aydın
Bakı 



