• Bakı 22° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Hörmüzdə “yük haqqı” yığılacaq? - Makrondan təpki

DÜNYA

16 Iyun 2026 | 01:12

Hörmüzdə “yük haqqı” yığılacaq? - Makrondan təpki

İran son anda ABŞ ilə danışıqlara Hörmüz boğazında dəniz xidmətləri üçün rüsumların tətbiq edilməsini nəzərdə tutan bənd əlavə edib.

Bakıvaxtı.az “bfmtv.com”-a istinadla xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb. G7-nin açılışında TF1-ə müsahibə verən Fransa prezidenti Emmanüel Makron bu məsələyə etirazını ifadə edib: “Bu tələb beynəlxalq hüquqa uyğun deyil. İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsumları saxlaması ehtimalı bizi narahat edir. Bu, bizim istədiyimiz şey deyil, çünki mənfi presedent yaradır. Biz bunu da müzakirə edəcəyik  Yol haqqının olmamasını təmin etmək üçün hər şeyi edəcəyik”.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026