q
  • Bakı 14° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Pakistanın neft tankeri Hörmüz boğazından keçdi

    DÜNYA

    17 Aprel 2026 | 12:50

    Pakistanın neft tankeri Hörmüz boğazından keçdi

    Pakistanın “Şalamar” neft tankeri ABŞ blokadasının başlamasından bəri ilk dəfə Hörmüz boğazından keçib.

    Bakıvaxtı.az xəbər verir ki, “Bloomberg” agentliyinin bu gün yaydığı məlumata görə, "Şalamar" cümə axşamı günü İranın Larak adasının cənubundan keçərək Birləşmiş Ərəb Əmirliklərindəki Das adasında yüklənmiş təxminən 450 min barel neftlə Oman körfəzinə daxil olub. Agentlik qeyd edir ki, Pakistan bayrağı altında üzən tanker Körfəzə həftəsonu girib və ABŞ-nin blokadası başlayandan bəri Hörmüz boğazından neft yükü ilə keçən ilk gəmi olub.

    ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan etibarən Hörmüz boğazı faktiki olaraq İran tərəfindən bloklanmışdı. Müharibədən əvvəl boğazdan gündə təxminən 135 gəmi keçirdi.


    SON XƏBƏRLƏR