Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum hadisəsindən sonra ölkədə gərginlik artıb.
Bakıvaxtı.az-ın hadisə yerində olan şəxslərdən əldə etdiyi məlumata görə, hadisəyə reaksiya olaraq həmkarlar ittifaqlarının üzvləri və təhsil işçiləri Ankarada etiraz yürüşünə başlayıblar.
Məlumata görə, nümayişçilər Milli Təhsil Nazirliyinə doğru yürüş edərək məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb ediblər.
Etiraz zamanı müxtəlif şüarlar səsləndirilib və hökumətin təhsil sistemində təhlükəsizliyi təmin etmədiyi iddia olunub.
Ankara şəhərində başlayan aksiya hazırda da davam edir. Əraziyə polis qüvvələri cəlb olunub və təhlükəsizlik tədbirləri gücləndirilib.
Murad İsmayıl
Bakı 




