q
  • Bakı 14° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Ağlayan təcili yardım əməkdaşı "linç" edildi - VİDEO

DÜNYA

17 Aprel 2026 | 12:44

Ağlayan təcili yardım əməkdaşı linç edildi - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində baş verən məktəbə silahlı hücumdan sonra təcili yardım əməkdaşının çəkilmiş emosional görüntüləri sosial mediada geniş yayılıb.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, görüntülərdə göz yaşlarını saxlaya bilməyən qadın əməkdaşın vəziyyəti diqqət çəkib. Daha sonra həmin şəxs məsələ ilə bağlı açıqlama verərək gündəmin yanlış istiqamətə yönəldiyini bildirib.

O, özünün deyil, hadisə zamanı zərər görən uşaqların ön planda olmalı olduğunu vurğulayıb.

"Mən bir ana kimi növbədən çıxarkən yaşadıqlarımı göstərmək istədim, amma əsas mövzu mən deyiləm, uşaqlardır”-, o deyib.

Həkim çəkilən görüntülərin təkcə öz hisslərini deyil, ümumi psixoloji vəziyyəti əks etdirdiyini qeyd edib, hadisə yerində olan bütün əməkdaşların ağır emosional yük altında çalışdığını bildirib.

Videonu çəkən şəxs sosial şəbəkələrdə ona ünvanlanan bəzi sərt şərhlərə də reaksiya verib. Sonda isə insanların daha anlayışlı olmasını və belə hadisələrdə həssas davranmasını xahiş edib. 

 

Murad İsmayıl


SON XƏBƏRLƏR