ABŞ-nin keçmiş prezidenti Barak Obama yadplanetlilərin mövcud ola biləcəyini, lakin Yerlə təmasda olduqlarına dair heç bir dəlil görmədiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, podkast müsahibəsində kosmosun genişliyinə görə digər həyat formalarının statistik olaraq mümkün olduğunu, amma Günəş sistemləri arasındakı məsafələrin təmas ehtimalını aşağı saldığını bildirib.
Obama 51-ci zona və gizli hərbi tədqiqatlara toxunaraq, belə məlumatların hətta prezidentdən gizli saxlanıla biləcəyini qeyd edib.
Keçmiş prezident vurğulayıb ki, onun prezidentliyi dövründə yadplanetlilərlə əlaqə barədə heç bir sübut olmayıb.
Əli Hüseynov
Bakı 



